"Qalatasaray" "Əl-Hilal"ın futbolçusunu istəyir

"Əl-Hilal"ın futbolçusu Malkom Səudiyyə Ərəbistanını tərk etməyə hazırlaşır.

Newsport.az Səudiyyə Ərəbistanı mətbuatına istinadən xəbər verir ki, braziliyalı vinger "Qalatasaray"ın maraq dairəsindədir.

Türkiyə çempionu Malkomun transferini bu yay həll etmək niyyətindədir.

28 yaşlı futbolçun 2023-cü il iyunun 30-da "Əl-Hilal"a keçib və onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Malkom "Əl-Hilal"ın heyətində 98 matçda oynayıb və 37 qol vurub, 31 asist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right