"Zirə"nin rəqibinin məşhur futbolçusu karyerasını başa vurdu

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk"un futbolçusu İvan Rakitiç gələcəyi ilə bağlı qərarını verib.

Newsport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi peşəkar karyerasını başa vurub. Bu barədə xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.

İvan Rakitiç "Bazel"in yetirməsidir. Təcrübəli futbolçu daha sonra "Şalke", "Sevilya", "Barselona" və "Əl-Şəbab"da çıxış etdikdən sonra "Hayduk"a üz tutub. O, Xorvatiya millisinin heyətində meydana çıxdığı 106 rəsmi matçda 15 qol vurub.

Qeyd edək ki, "Zirə"nin "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda baş tutacaq. Komandalar arasındakı cavab görüşü isə 31 iyul tarixində Splitdə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right