"Milan" ingiltərəli futbolçunu transfer etmək istəyir

“Milan” “Gent” klubunun futbolçusu Arçi Braunla maraqlanır.

Newsport.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, “rossoneri” bu yay müdafiənin cinahlarını gücləndirmək məqsədilə 23 yaşlı sol cinah müdafiəçisinin transferini nəzərdən keçirir. Braun klubun qısa transfer siyahısına daxil edilib.

Qeyd edək ki, ingiltərəli futbolçu ötən mövsüm Belçika çempionatında “Gent”in heyətində 32 oyunda iştirak edib, 1 qol və 3 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right