Vaqner Lav "Kayrat"da son oyununa çıxır

Tanınmış futbolçu Vaqner Lav Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Kayrat"dan ayrılır.

Newsport.az xəbər verir ki, Braziliya millisinin sabiq üzvü Almatı təmsilçisinin rəsmi Feysbuk səhifəsində azarkeşlərlə vidalaşıb. 

37 yaşlı hücumçu Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Bazel"lə görüşün onun üçün "Kayrat"da son matç olacağını bildirib. 

Noyabrın 25-də keçiriləcək "Kayrat" - "Bazel" qarşılaşması Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qrupun digər matçında "Qarabağ" Kiprin "Omoniya" klubunu qəbul edəcək.

2020-ci ildən "Kayrat"da çıxış edən Vaqner Lav 30 oyuna 16 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right