Sərxoş halda klub direktorunu təhqir etdi, ağır cəza aldı

Münhenqladbax "Borussiya"sı yarımmüdafiəçisi Florian Noyhausu cəzalandırıb.

Newsport.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.

Florian klubun idman direktoru  Roland Wirkusu “dünyanın ən pis meneceri” adlandırıb. 28 yaşlı futbolçunun Mayorkada tətil zamanı sərxoş halda “Borussiya” azarkeşləri ilə söhbət edərkən bu sözləri dediyi video sosial şəbəkələrdə yayılıb.

Klub rəhbərliyi hadisəyə sərt reaksiya verib. Rəsmi açıqlamada bildirilib ki, Noyhausun davranışı qəbuledilməzdir və klubun dəyərlərinə ziddir. Futbolçu 100 min avro məbləğində cərimələnib və əsas komandadan kənarlaşdırılıb. O, növbəti 4 həftə ərzində U-23 komandası ilə məşq edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right