“Milan” Riççini heyətinə qatdı

“Milan” heyətini yeni oyunçu ilə gücləndirib. “Torino”nun futbolçusu Samuele Riççinin çoxdan gözlənilən transferi reallaşıb.

23 yaşlı italiyalı dayaq yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. “Milan” bu transfer üçün “Torino”ya 23 milyon avro və əlavə olaraq 1,5 milyon avro ödəyib.

Qeyd edək ki, Samuele Riççi ötən mövsüm A seriyasında 34 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right