"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Avstriyada komandasının məşqi zamanı vurduğu qol sosial medianın Azərbaycan seqmentində az qala virala çevrildi.
31 yaşlı qapıçı akrobatik tullanışla polşalı həmkarı Mateuş Koxalskinin qoruduğu qapıya qol vurmaqla diqqətləri yenidən üzərinə çəkdi. Şahruddin çox vaxt qapıdakı inamlı oyun nümayiş etdirib. Amma bəzən kobud səhvlər də edib. Bu isə komandası "Qarabağ"a xüsusən avrokuboklar matçı zamanı ağır başa gəlib. Məhz buna görə onun hərəkətləri geniş müzakirə olunur.
Newsport.az xəbər verir ki, Məhəmmədəliyev dünən özünün İnstaqram səhifəsinin vurduğu qolun videosunu paylaşıb. Bu zaman o, zarafatından qalmayıb və İspaniya nəhəngi "Real"a çağırış edib.
O, paylaşıma "Real" Madrid, call me" ("Real" Madrid, mənə zəng et) sözlərini yazıb.