"Barselona"nın baş məşqçisi Luis Enrike Neymarı cəzalandırıb.
Newsport.az saytının məlumatına görə, İspaniya mətbuatında Neymarın nizam-intizam qaydalarını pozduğu qeyd olunur. Belə ki, braziliyalı futbolçu La Liqada "Vilyareal"la oyun zamanı futbolçuların birinə avtoqraf verib. Məhz buna görə, baş məşqçi Neymarı 6 min avro cəza verib.