"Qarabağ"ın rəqibi Bakıya qələbə ilə gəlir

Kipr I Liqasında 10-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” evdə “Aris”lə qarşılaşıb və qalib gəlib – 3:0.

“Omoniya” 13 xalla 12 komanda arasında 6-cı pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

“Qarabağ” “Omoniya”ya qarşı səfərdə keçirdiyi ilk oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right