"Qarabağ"la matçda ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq"

“Çətin qələbə qazandıq. Rəqib yaxşı komandadır. Artıq diqqətimizi "Qarabağ"la matça yönəldəcəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatında “Aris”lə keçirilən oyundan sonra deyib.

Norveçli mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçı şərh edərkən KL-in qrup mərhələsinin 6-cı turunda “Qarabağ”la keçiriləcək oyunla bağlı da fikirlərini bildirib. O, heyətdə dəyişikliklər olacağını qeyd edib: “Hər matça fərqli yanaşırıq. İndi “Qarabağ”la qarşılaşacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər olacaq. Bəzi oyunçular üçün fürsət olacaq. Onlar o qədər də çox şans əldə etmirlər. Ondan sonra APOEL-lə görüşə baxacağıq. Bu, bizim üçün daha bir böyük oyun olacaq. Hər matçı ayrıca izləyirik. Hazırda fikrimiz “Qarabağ”dadır”.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. "Qarabağ" 10 xalla qrup lideridir. "Omoniya" isə 2 xalla 3-cü yedədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right