"Mahiri "Kayzerslautern"ə qoşulmağa razı sala bildiyimiz üçün çox şadıq"

"Kayzerslautern"in idman direktoru Marsel Klos komandanın yeni transferi Mahir Emreli haqda danışıb.

Newsport.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə verdiyi açıqlamada azərbaycanlı hücumçu haqda müsbət fikirlər səsləndirib:

"Biz Mahiri digər təkliflərə baxmayaraq "Kayzerslautern"ə qoşulmağa razı sala bildiyimiz üçün çox şadıq. O, əvvəlki klublarında, xüsusilə də ötən mövsüm "Nürnberq"də qol vurmaq bacarığını nümayiş etdirdi. Azərbaycanlı futbolçunun sürəti, qaçmağa hazır olması və bitirmə qabiliyyəti, hücumda çevikliyi onun yüksək keyfiyyətli oyun təcrübəsinə malik olduğunu göstərir. Mahirin təkcə meydanda deyil, həm də meydandan kənarda mühüm rol oynaya biləcəyinə əminik. Biz onun karyerasını bizimlə davam etdirmək niyyətində olduğuna görə şadıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right