"Sabah"ın rəqibindən yeni transfer

"Sabah"ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sele" heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az Sloveniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Andrey Kotniklə 1 illik müqavilə imzalanıb.

29 yaşlı yaşlı sloveniyalı yarımmüdafiəçi son olaraq Çinin "Dalian Kun Siti" klubunda çıxış edib.

Qeyd edək ki, "Sabah" və "Sele" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da olacaq və saat 20:00-da start götürəcək. Cavab görüşü isə iyulun 17-də Sloveniyada keçiriləcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right