"Zirə" braziliyalı futbolçusunu böyük məbləğdə cərimələyəcək

"Zirə"nin futbolçusu Rafael Utziq klub tərəfindən böyük məbləğdə cərimələnəcək.

Newsport.az xəbər verir ki, bu barədə "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la keçirilən yoxlama görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

Mütəxəssis düşərgədə yer almayan braziliyalı oyunçunu cərimələyəcəklərini söyləyib:

"Bildiyiniz kimi, futbolçunun bir illik müqaviləsi var. Buna baxmayaraq, o, düşərgədə yer almayıb. Utziq transferə çıxarılıb. Lakin o, yenidən heyətə qayıdacağı təqdirdə, cərimələnəcək. Bu barədə futbolçunun özünə məlumat verilib".

Qeyd edək ki, yoldaşlıq oyununda "Qarabağ"la üz-üzə gələn "Zirə" 0:4 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right