"Qarabağ"ın futbolçusu: "İşğaldan azad olunmuş torpaqlara səfərimizi şəhidlərimizə və qazilərimizə borcluyuq"

İşğaldan azad olunmuş torpaqlara səfərimizi şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bilirik.

Newsport.az xəbər verir ki, bunu Report.az-ın Qarabağa ezam olunan əməkdaşına açıqlamasında "Qarabağ" klubunun hücumçusu Musa Qurbanlı deyib.

23 yaşlı oyunçu Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş bölgələrə baş tutan səfəri barədə danışıb:

"Bu gün bu torpaqlarda olmaqdan qürur duyuruq. İşğaldan azad olunmuş torpaqlara səfərimizi şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bilirik. Müqəddəs torpaqlar uğrunda canından keçən şəhidlərə rəhmət, qazilərə can sağlığı arzu edirəm. Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını uğurla yerinə yetirən döyüşçülərimizlə fəxr edirik".

Qeyd edək ki, "Qarabağ" klubunun üzvləri işğaldan azad olunmuş bölgələrə səfər çərçivəsində ilk olaraq Şuşa şəhərinə yollanıblar. Ardınca Xankəndi sakinləri ilə görüşən kollektiv sonda Ağdama yola düşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right