"Barselona"nın futbolçusu Ansu Fati karyerasını Fransada davam etdirəcək.
Newsport.az xəbər verir ki, "Monako" ispaniyalı vingeri icarəyə götürüb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.
İspaniyalı vinger 2025/2026 mövsümünü "Monako"nun heyətində keçirəcək. Liqa 1 klubu 11 milyon avro ödəyərək 22 yaşlı oyunçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. O, ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.