Qvardiola "Əl-Hilal"a məğlubiyyət haqda nə dedi?

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Klublararası dünya çempionatının 1/8 finalında "Əl-Hilal"a gözlənilməz məğlubiyyəti şərh edib.

Newsport.az xəbər verir ki, o, görüşdən sonra təşkil edilən mətbuat konfransda 3:4 hesabı ilə uduzduqları görüş haqda deyib:

"Bu mərhələlərdə bütün oyunlar çətin keçir. Rəqibə cinahlarda oynamağa icazə verdik. Biz çoxlu qol şansları yaratdıq. Ümumilikdə yaxşı oynadıq. Təəssüf edirəm. Bounu ("Əl-Hilal"ın qapıçısı - red.) inanılmaz seyvlər etdi. Başqa sözüm yoxdur".

Xatırladaq ki, turnirlə vidalaşmaqla "Mançester Siti"nin 2025-ci ili titulsuz başa vuracağı dəqiqləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right