"Sabah"ın rəqibi sloveniyalı qapıçı transfer edib

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" heyətinə yeni qapıçı cəlb edib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sloveniya təmsilçisi Jan-Lyuk Leban ilə anlaşıb.

22 yaşlı sloveniyalı qolkiperlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Sabah" "Çelye"yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right