Mahir Emreli Almaniyanın II Bundesliqasında bombardir ola biləcəyini istisna etməyib

Almaniyanın "Kayzerslautern" klubuna keçən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 2025/2026 mövsümündə II Bundesliqa bombardirlər siyahısında yer ala biləcəyini istisna etməyib.
 
28 yaşlı hücumçu bu barədə "Report"a müsahibəsində danışıb.
 
Emreli "sizi bombardlirlər sırasında görə biləcəyikmi" sualını belə cavablandırıb:
 
"Əsas Bundesliqaya vəsiqə qazansaq, daha yaxşı olar, nəinki mənim bombardirlər siyahısında yer almağım. Amma niyə də yox? Liqanı tanıyıram, uyğunlaşmışam. Yeni komandadayam və artıq bura köklənmək vaxtıdır. Bombardirlikdən çox komandama necə faydalı ola biləcəyimi fikirləşirəm".
 
Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right