Keylor Navas"Real"da!

Levante"də forma geyən Keylor Navas bundan sonra "Real"ın qapısını qoruyacaq.Newsport.az xəbər verir ki, "kral klubu" kosta-rikalı qolkiperini heyətinə qatıb.

Xəbəri klubun rəsmi saytı da təsdiqləyib. Tərəflər arasında 6 illik müqavilə bağlanacaq. Ancaq ilk növbədə 27 yaşlı əlcək ustası müayinədən keçməlidi. Əgər onun sağlamlığında bir problem aşkarlanmasa, qapıçı növbəti mövsümdən "Real"ın şərəfini qoruyacaq.

2012-ci ildən "Levante"də forma geyən Navas, bu komandanın heyətində 46 oyunda qapını qorumuşdu. O, Kosta-Rika millisinin də üzvüdü.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right