“Liverpul”un futbolçusu sıradan çıxdı

İngiltərənin “Liverpul” klubu itkiylə üzləşib.

Newsport.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Kurtis Cons sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın məşqində zədələnən 20 yaşlı yarımmüdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Kurtis Cons bu mövsüm “Liverpul”la 9 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right