Millinin sabiq forvardı özünə komanda tapdı

İngiltərə milli komandasının və “Liverpul”un sabiq forvardı Endi Karrol özünə yeni komanda tapıb.

Newsport.az xəbər verir ki, ingilis hücumçu “Ridinq”lə anlaşıb. Yayda “Nyukasl”ı tərk edən 32 yaşlı hücumçu klubsuz qalmışdı. Amma Çempionşip təmsilçisi onunla 2 aylıq müqavilə imzalayıb.

32 yaşlı forvard “Nyukasl”, “Liverpul”, “Vest Hem” klublarında oynayıb. O, İngiltərə millisində 9 matç keçirib, 2 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right