Qol vurdu, sevgilisinə evlilik təklifi etdi

İtaliya "Palermo"sunun hücumçusu Cüzeppe Fella qol sevincini fərqli şəkildə qeyd edib.

Newsport.az xəbər verir ki,  28 yaşlı futbolçu C Seriyasının 14-cü turunda “Potenza” ilə görüşdə (2:0) çempionatda üçüncü qolunu vuraraq hesabı açıb.

Qol vurulduqdan sonra Fella bir çox oyunçular kimi qolu qeyd etmək istəyirmiş kimi əvvəlcədən hazırladığı xüsusi formanı götürmək üçün kənara qaçıb. Lakin onun tribunada olan sevgilisi Marisaya sürpriz etmək məqsədi ilə bu addımı atdığı məlum olub. İtaliyalı hücumçu sevgilisinin köynəyində ona evlənmək təklifi yazılan mesajı göstərib.

"Palermo" daha sonra "İnstaqram" səhifəsində qızın təklifə müsbət cavab verdiyini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right