"Napoli"dən "Qalatasaray"a

İtaliya A seriyasının lideri “Napoli” Dris Mertensi komandada saxlamaq niyyətində deyil.

Newsport.az-ın məlumatına görə, Neapol təmsilçisi belçikalı futbolçu ilə müqavilə müddətini artırmayacaq.

Klub Mertensə yeni mövsüm üçün daha az maaş təklif edib, futbolçu isə bununla razılaşmayıb.

İllik 4,5 milyon avro qazanan Mertensə “Qalatasaray” “elçi” düşüb. Türkiyə klubu maliyyə şərtlərində razılaşarsa, futbolçunu heyətinə qatacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right