“Beşiktaş” “Barselona”dan futbolçu almaq istəyir

“Beşiktaş” Miralem Pyaniçi transfer etmək istəyir.

Newsport.az-ın məlumatına görə, “qara qartal”ın prezidenti Ahmet Nur Cebi də bosniyalı futbolçunun transfer vərəqəsinə sahib çıxmaq üçün çalışdıqlarını deyib:

“Pyaniç dünya səviyyəli futbolçudu. Onun transfer vərəqəsinə sahib çıxmaq istəyirik. Amma bu, bir çox məsələlərdən asılıdı. Edə bilməyəcəyim bir şeyi etmirəm. Necə olacağını zaman göstərəcək”.

​Bosniyalı hazırda "Beşiktaş"da icarə əsasında çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right