"Mesut "Fənərbaxça"da işləyəcək"

"Fənərbaxça"nın kapitanı Məsut Özilin meneceri Erkut Söyüt futbolçunun komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib. 

Newsport.az-ın məlumatına görə, o, "Fanatik"ə açıqlamasında bu məlumatları təkzib edib: 

"Belə bir şey yoxdur. Düzgün olmayan iddialar həmişə var. Mesut müqaviləsinin sonunadək "Fənərbaxça"da qalacaq. Hətta mümkün olsa, daha sonra da "Fənərbaxça"da işləyəcək". 

Daha əvvəl Mesutun baş məşqçi Viktor Perreyra ilə problem yaşadığı üçün klubdan gedəcəyi barədə xəbərlər yayılmışdı. 

Qeyd edək ki, Özil bu ilin qışından etibarən "Fənərbaxça"da oynayır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right