Nuriyevin komandası "Şaxtyor"a uduzdu

Ukrayna Premyer Liqasında XIV turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” doğma meydanda Donetsk “Şaxtyor”una 1:3 hesabı ilə uduzub.

Nuriyev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Kolos” 13 turdan sonra 11 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right