Ronaldo: "Falkao möhtəşəm oyunçudur"

"Real"ın futbolçusu Kriştiano Ronaldo keçmiş klubu "Mançester Yunayted"in Radamel Falkaonun transferini dəyərləndirib.

Newsport.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, "MY" kolumbiyalı hücumçunu heyətinə cəlb etməklə düzgün addım atıb:

"Falkao möhtəşəm oyunçudur. Əminəm ki, o, İngiltərə Premyer Liqasına pis başlayan "Mançester Yunayted"ə kömək olacaq. "Mançester Yunayted"in Falkaoya ehtiyacı var idi".

Qeyd edək ki, Falkao ilə "Real" və "Arsenal" da maraqlanırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right