Ronaldinyo rəsmən açıqladı - Türkiyəyə gəlir?

Braziliyalı ulduz Ronaldinyo formasını geydiyi "Queretaro"ya vida edib.

Adı "Antalyaspor"la hallanan futbolçu rəsmi Twitter səhifəsindən mesaj yayımlayıb. Ronaldinyo bütün Meksika xalqına yaşatdıqları üçün xüsusi təşəkkür edib. 


Newsport.az-ın məlumatına görə, "Queretaro" ilə 2016-cı ilə qədər müqaviləsi olan Ronaldinyonun bir sonrakı ünvanının "Antalyaspor" olacağı gözlənilir.

Türkiyə klubunun prezidenti Gültekin Gencer oyunçunun transferi üçün təmaslarda olduqlarını açıqlayıb. Türkiyə Super Liqasına yüksələn "Antalyaspor" yeni stadionunda uğurlu çıxış üçün bahalı transfer etmək niyyətindədir.  "Antalyaspor" Ronaldinyo ilə yanaşı, Samuel Etonu da heyətinə qatmaq istəyir. Bu transferlər üçün klub sponsorlardan maliyyə dəstəyi alacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right