Mançester derbisində qonaqlar sevindi, “Çelsi” xal itirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Sauthempton” doğma meydanda “Aston Villa”nı qəbul edib və minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. “Mançester Yunayted” əzəli rəqibi “Mançester Siti”nin müqavimətini qırmağa çalışıb. Amma qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Lider “Çelsi” bu turda “Bernli” ilə qarşılaşıb və xal itkisi ilə üzləşib.

“Tottenhem” “Everton”, “Liverpul” isə “Vest Hem” səfərinə yollanacaq.

İngiltərə Premyer Liqası, 11-ci tur

5 noyabr

Sauthempton – Aston Villa 1:0
Qol:
Armstronq, 3.

6 noyabr

Mançester Yunayted – Mançester Siti 0:2
Qol:
E.Bayi, 7-öz qapısına. B.Silva, 45.

Brentford – Norviç 1:2
Qol:
Henri, 60 – Normann, 6. Pukki, 29-pen.

Kristal Pelas – Vulverhempton 2:0
Qol:
Zaha, 61. Qallaxer, 78.

Çelsi – Bernli 1:1
Qol:
Haverts, 33 – Vidra, 79.

Brayton – Nyukasl 1:1
Qol:
Trossard, 24 – Hayden, 66.

7 noyabr

18:00 Arsenal – Uotford
18:00 Lids – Lester
18:00 Everton – Tottenhem
20:30 Vest Hem – Liverpul

Bombardir: Məhəmməd Salah (Liverpul) – 10 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right