Apellyasiya Arbitraj Tribunalı “Kəpəz”in futbolçusunu bağışlamadı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Kəpəz” Peşəkar Futbol Klubu İB tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qərarlarını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Apellyasiya Arbitraj Tribunalının qərarına əsasən, “Kəpəz” Peşəkar Futbol Klubu İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Belə ki, AFFA İntizam Komitəsinin 14.10.2021-ci il tarixində “Kəpəz” komandasının oyunçusu Nihad Qəribov barədə verdiyi qərar qüvvədə saxlanılıb.

U-17 Liqasının “Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz”in futbolçusu Nihad Qəribov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right