"Ronaldo qol vuran maşındır" Qvardiola

"Mançester Siti"nin  baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında "Mançester Yunayted"lə oyun öncəsi fikirlərini bildirib.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, o, "qırmızı şeytanlar"ın hücumçusu Kriştiano Ronaldonu tərifləyib:

"Mançester Yunayted" - "Atalanta" matçına baxmamışam, amma nə qədər yaxşı olduqlarını anlamaq üçün hər şeyi təhlil edəcəyəm və onların nə olduğunu görəcəyəm. Tarixin ən yaxşı oyunçularından birinə, qol vuran maşına sahibdirlər.

“Brügge” ilə oyunu “Mançester Yunayted”lə matçdan daha vacib adlandıranda bəziləri əsəbiləşdi. Hazırda ən vacib oyun “Mançester Yunayted”lədir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right