“Tottenhem” Antonio Konte ilə razılaşdı

İtalyan mütəxəssis Antonio Konte İngiltərədə çalışmağa yaxındır. Newsport.az xəbər verir ki, “Tottenhem” rəhbərliyi 52 yaşlı mütəxəssisi komandanın “sükanı arxasına” gətirmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
“Tottenhem”in Konte ilə 1,5 illik razılaşma əldə etdiyi bildirilib. London təmsilçisi italyan mütəxəssisə illik 15 milyon avro ödəyəcək.
 
“Tottenhem”də dünən baş məşqçi Nuno Espirito Santo ilə yollar ayrılıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right