Hakim protokola Aftandil Hacıyev haqda qeyd yazıb: “Mədəni soruşanda cavab verilmir”

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev "Sumqayıt"a səfərdə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra qırmızı vərəqə alıb.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis qeyri-etik ifadə işlətdiyi üçün cəzalandırılıb.

Hacıyev X turda "Qəbələ" ilə ev matçında texniki zonada yer ala bilməyəcək.

AFFA İntizam Komitəsinin iclasından sonra baş məşqçinin daha ağır cəza alma ehtimalı da var.

Qeyd edək ki, "Sumqayıt"la oyunda "Səbail"in futbolçusu Nikolas Raysel də qırmızı vərəqə alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right