"Qarabağ"ın rəqibi mövsümü 3-cü pillədə başa vurdu

Futbol üzrə Qazaxıstan çempionatında sonuncu - 26-cı turunun oyunları keçirilib.

 

Newsport.az-ın məlumatına görə, Avropa Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Kayrat” səfərdə “Jetısu” ilə qarşılaşıb. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.

 

“Kayrat” bu nəticədən sonra mövsümü 51 xalla 14 kollektiv arasında 3-cü pillədə başa vurub. "Tobol" 61 xalla Qazaxıstan çempionu, "Astana" isə 57 xalla 2-ci olub.

 

“Qarabağ”la “Kayrat” arasındakı ilk oyun oktyabrın 21-də Bakıda keçirilib və Ağdam klubunun 2:1 hesablı qələbəsiylə bitib. Növbəti oyun noyabrın 4-də Qazaxıstanda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right