Türkiyə I Liqasında 10-cu turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Namik Ələskərovun şərəfini qoruduğu "Bursaspor" səfərdə "Balıkesirspor"un qonağı olub. Matç Bursa təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Namik Ələskərov qarşılaşmaya start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib. 26 yaşlı vinger komandasının ilk qolunun müəllifi olub.
Bu, Ələskərovun Türkiyə klubunun heyətində vurduğu ilk qol olub. Millimizin üzvü əvvəlki matçlarda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Xallarını 11-ə yüksəldən "Bursaspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.