Qətərin "Əl-Sədd" klubu növbəti kubokunu qazanıb.
Newsport.az-ın məlumatına görə, Xavi Ernandes çalışdırdığı komanda Qətər Əmiri Kuboku uğrunda görüşdə “Əl-Rayyan”ı məğlub edib.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan “Əl-Sədd” (5:4) kuboku əldə edib.
Bu, Xavinin baş məşqçi kimi 7-ci titulu kimi tarixə keçib.