Çelsi"nin çalışdırıcısı Joze Mourinyo "Verder"ə məğlub olduqları oyundan sonra hakimliklə bağlı danışıb.Newsport.az xəbər verir ki, portuqaliyalı məşqçi 0:3 hesabı ilə darmadağın olunduqları görüşdə referinin səhvlərə yol verdiyini bildirib.
Təcrübəli mütəxəssis ədalət təmsilçilərinin oyunu öldürdüklərini qeyd edib. O, rəqib haqda da xoş sözlər deməyi unutmayıb. Mou alman klubunun oyununu bəyəndiyini ifadə edib.