Türkiyənin “Yeni Malatyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Marius Şumudiça çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rumıniyalı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
“Yeni Malatyaspor” bu mövsüm Super Liqada 15-ci sıradadır.