"Beşiktaş"ın qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi 2 futbolçu müəyyənləşib.
Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Sassuolo"dan Kaan Ayhan və "Everton"dan Cenk Tosunu almağa çalışacaqlarını bildirib:
"Cenk Tosuna sözüm var: nə vaxt istəsə, qapımız üzünə açıqdır. Onu çox sevirik və inanırıq ki, komandamıza fayda verəcək. Yanvarda Cenk Tosun və Kaan Ayhanı heyətimizə qatmağa çalışacağıq".