“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Mahir Emrelinin çıxışını dəyərləndirib.
Newsport.az-ın məlumatına görə, polşalı mütəxəssis millimizin forvadı haqda bu cür danışıb: “ Hər şeydən əvvəl o, fantastik insandı. Biz onunla rus dilində danışırıq. O, dəstəyə ehtiyacı olan futbolçulardandı. Mahir çox işləməyi sevir, tez-tez məşqdən sonra qalır və öz üzərində işləyir.
Şadam ki, komandaya tez bir zamanda qoşuldu, komandaya mükəmməl uyğunlaşdı. Sanki daim komandada yanımızda idi. Onunla oyunçular və ya klub işçiləri arasında fikir ayrılığı yoxdu. Mahir bizim adamdı. Özünü burada çox yaxşı hiss edir. Ona hər oyunda qol vurmaq üçün uğurlar arzu edirəm”.