"Mançester Siti"nin aparıcı üzvü Samir Nəsri verdiyi açıqlamalarla diqqətləri özünə cəlb edib.Newsport.az xəbər verir ki, təcrübəli futbolçu Fransa millisindən getdiyini bildirib.
27 yaşlı yarımmüdafiəçi bu haqda geniş müsahibə verəcəyini deyib: "Artıq millidəki karyerama son qoymağı düşünürəm. Bu qərarı vermək heç də çətin deyil. 2012-ci ildə keçirilən Avropa çempionatında çox şey oldu.
Əslində bunlar mənim üçün önəmli deyil. Lakin mətbuatda çıxan söz-söhbətlər ailəmə mənfi təsir edirdi. Mən də istəyirəm ki, ailəm xoşbəxt olsun. Buna görə də belə addım atmalıyam. Tezliklə bu haqda geniş müsahibə verəcəm".