“Avro-2016”nın seçm mərhələsində VI turun oyunlarına strat verilib.
Newsport.az-ın məlumatına görə, milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qruplarında altı görüş keçirilib.
A qrupunda ilk oyununda Türkiyə millisi Qazaxıstanın qonağı olub. Uğursuz çıxışı ilə diqqət çəkən Türkiyə yığması səfərdən üç xalla dönməyi bacarıb – 1:0.
Qrupun digər oyununda, Hollandiya Latviyanı 2:0 hesabı ilə məğlub edib. İslandiya isə səfərdə Çexiyaya qalib gəlib – 2:1.
B qrupunda Uels – Belçika oyunu maraq doğururdu. 11 xalla 1-ci və 2-ci yerləri bölüşən komandaların oyunundan britaaniyalılar qalib ayrılıb – 1:0.
Qrupun 3-cü pilləsində qərarlaşan İsrail səfərdə Bosniya və Herseqovinanın qonağı olub. Hesabı qonaqlar açsa da, bosniyalılar üç qol vuraraq inamlı qələbə qazanıb.
Autseyder Andorra öz meydanında Kiprə uduzub – 1:3.
A qrupu
21:00. Qazaxıstan – Türkiyə - 0:1
Qol: Arda Turan, 84 (0:1)
23:45. İslandiya – Çexiya -2:1
Qollar: Dokal, 55 (0:1), Qunnarsson, 60 (1:1), Siqthorsson, 76 (2:1)
23:45. Latviya – Hollandiya - 0:2
Qol: Viynaldum, 67, Narsinq, 71
B qrupu
23:45. Andorra – Kipr - 1:3
Qollar: Junior, 2-avtoqol (1:0), Mutidis, 13 (1:1), 45 (1:2), 52 (1:3)
23:45. Bosniya və Herseqovina – İsrail - 3:1
Qollar: Ben Haym, 41 (0:1), Viska, 42 (1:1), Dzeko, 45+2 (2:1), Viska, 75 (3:1)
23:45. Uels – Belçika - 1:0
Qol: Beyl, 25 (1:0)