Məşhur futbolçu klubsuz qaldı

Braziliyalı millisinin üzvü müdafiəçisi Dani Alveş "San Paulo"dan ayrılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə yerli mətbuata sözügedən klubun idman direktoru Karlos Belmonte məlumat verib.

O, futbolçunun maaşının gecikməsi səbəbindən belə qərar qəbul etdiyini bildirib. Söhbət 2 milyon avroluq borcdan gedir. Alveş artıq klubla bütün danışıqları dayandırıb və özünə yeni komanda axtarmağa başlayıb.

38 yaşlı müdafiəçi təxminən iki həftə idi Braziliya millisinin düşərgəsində idi. O, yığmanın toplanışından sonra "San Paulo"ya qayıtmaqdan və məşqlərə qatılmaqdan imtina edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right