Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası doğma meydanda “Vegberq Beek” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Rüfət start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 68-ci dəqiqədə məhz Dadaşov vurub.
Qeyd edək ki, “Şalke 2” bu nəticədən sonra 7 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.