Polşalı fanat Mahirə Azərbaycan dilində təşəkkür etdi: "Çox sağ ol"

"Slaviya" ilə cavab oyununda vurduğu qollarla "Legiya"nı Avropa Liqasının qrupuna daşıyan Mahir Emreli varşavalıların böyük rəğbətini qazanıb.

Newsport.az-ın məlumatına görə, oyundan sonra mətbuat xidmətinin xanım əməkdaşı ilə tribunanın önündən keçən hücumçumuza polşalı azarkeşlərdən biri azərbaycanca "Mahir, çox sağ ol" deyə səslənib.

Hücumçu da qarşılıq verərək, dilimizdə "sən sağ ol" deyib. Həmin videogörüntünü təqdim edirik:

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right