"Mançester Yunayted"i "Borussiya"ya dəyişəcək?

“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot komandanı tərk etməyəcək.

Newsport.az-ın məlumatına görə, “Borussiya” (Dortmund) onu transfer etmək istəsə də, futbolçu özü komandadan ayrılmaq niyyətində deyil.

Ötən mövsümü icarə əsasında “Milan”da keçirən Dalotun 2021/2022 mövsümün “Mançester Yunayted”də keçirəcəyi ehtimal edilir. Çünki futbolçu mövsümöncəsi hazırlıq prosesində məşqçilər korpusunun etimadını qazana bilib.

“Porto” yetirməsi olan 22 yaşlı futbolçu 2018-ci ildə “Mançester Yunayted”ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right