"Qalatasaray" yeni mövsümə bir neçə yeni futbolçular ilə başlaya bilər.
Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "aslan"lar braziliyalı Felipe Melonun İtaliya "İnter"inə transferinin real göründüyünü nəzərə alaraq, futbolçunun əvəzinə yeni ad tapıblar. Klub, Milan şəhərinin eyniadlı komandasının hollandiyalı futbolçusu Nigel De Yonqu heyətinə qatmaq istəyir. De Yonqun illərdir Seneyder ilə Hollandiya millisində top qovduğundan bu transferin reallaşması daha inamlı görünür.
2004-cü ildən Hollandiya millisinin şərəfini qoruyan De Yonq, 2010-cu ildə Dünya Çempionatında komandası ilə finalda İspaniyaya məğlub olmuşdularsa, 2014-cü ildə isə eyni turnirin üçüncüsü olmuşdur. "Milan"dan əvvəl "Mançester Siti" və "Ayaks"da oynayan futbolçu, hər iki klubunda liqa çempionu olmağı bacarmış, 2005-ci ildə isə Hollandiyanın ən yaxşı oyunçusu seçilmişdir.