“Liverpul”un futbolçusu Joel Matip Kamerun yığmasına qayıtmaq istəmir.
Newsport.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Antoni Konseysau məlumat verib:
Matiplə bağlı situasiya dəyişməyib. Yığma komandaya qayıtmaq istəyən futbolçular da var.
Amma burada oynamaq üçün heç bir motivasiyası olmayanları yığmaya cəlb etməyin də həmiyyəti yoxdur. Matip, sadəcə, yığma komandaya qayıtmaq istəmir, əsas məsələ də budur”.
Matip yığmadan 2016-cı ildə imtina edib. Səbəb kimi də rəhbərlik və məşqçilər korpusu ilə gərgin münasibətləri göstərib.