Lüksemburq yığmasının DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan və Serbiya ilə oyunlar üçün heyəti bəlli olub.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Lük Holts 25 futbolçuya dəvət göndərib.
Qapıçılar: Tim Kips, Antoni Moris, Ralf Şon
Müdafiəçilər: Dirk Karlson, Maksim Şano, Eldin Dzoqoviç, Lauren Yans, Enes Mahmutoviç, Marvin Martins, Mika Pinto, Erik Veyqa;
Yarımmüdafiəçilər: Leandro Barreyro, Florian Bonert, Kristofer Martins, kris Filips, Dioqo Pimentel, Timoti Rupil, Daniel Sinani, Aldin Skenderoviç, Olivye Til, Sebastyan Til;
Hücumçular: İvandro Borqes, Mauris Devil, Edvin Muratoviç, Jerson Rodriges.
Qeyd edək ki, lüksemburqlular sentyabrın 1-də Azərbaycanla seçmə, 7-də Qətərlə yoxlama matçında qüvvəsini sınayacaq.