Braziliyalı futbolçu Villian “Arsenal”ı tərk etməyə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, futbolçu üçün “Korintians” "topçular"la danışıqlar aparır.
Villianın maaşı yüksək olduğundan London klubunun rəhbərliyi bu keçidə müsbət yanaşır.
“Korintians” isə Braziliya millisinin sabiq üzvü ilə 3 illik müqavilə imzalamaq istəyir.